Azərbaycan futbolu

Çempion mövsümə məğlubiyyətlə başladı

“Araz-Naxçıvan” klubu futzal üzrə Yüksəl Liqanın 2024/2025 mövsümünün açılış matçında məğlub olub.

Aut.az xəbər verir ki, son ölkə çempionu 1-ci turda “Baku Fire” ilə üz-üzə gəlib.

Qarşılaşma paytaxt komandasının qələbəsi ilə bitib – 8:6.

İlk turun “Şuşa” – “Neftçi” İK və U-19 – “Yasamal Bakı” görüşləri də bu gün keçiriləcək.