Çempionlar LiqasıAzərbaycan futbolu

“Qarabağ” bu göstəricilərdə ÇL-in lideridir

UEFA Çempionlar Liqasında təsnifat mərhələsinə yekun vurulub.

Aut.az xəbər verir ki, artıq əsas mərhələdə iştirak edəcək 36 komandanın adına aydınlıq gəlib. Onlardan biri “Qarabağ”dır.

Tarixində ikinci dəfə bu mərhələyə yüksələn Ağdam klubu statistik göstəriciləri ilə diqqət çəkir. Qurban Qurbanovun yetirmələri hətta bəzim məqamlarda birinci sıradadır.

“Qarabağ” təsnifat mərhələsində ən çox qol vuran komandadır. Azərbaycan çempionu 6 matçda 15 qol vurub. 2 və 3-cü sıralarda isə 13 qolla “Ferentsvaroş” ilə “Brügge” yer alıb.

“Köhlən atlar” qələbə sayında da liderdir. Ağdamlılar 5 oyunda qələbə qazanıb. Təmsilçimizi 4 qələbə ilə “Kopenhagen”, “Ferensvaroş”, “Pafos”, “Malmö” və “Brügge” izləyib.

“Qarabağ” ən çox zərbə endirən komandalar arasında üçüncüdür. 6 görüşdə rəqib qapısına doğru 91 zərbə vurulub. Dəqiq zərbə sayı 32-dir.

Aut.az