Azərbaycan futbolu

“Lerik” – “Qusar” 0:2 – VİDEO

Futbol üzrə Azərbaycan 2-ci Liqasında 8-ci tura start verilib.

Aut.az xəbər verir ki, bu gün “Lerik” öz meydanında “Qusar”ı qəbul edib. Qarşılaşma şimal bölgəsi təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 5-ə yüksəldən “Qusar” turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb. 7 xalı olan “Lerik” isə 10-cu yerdədir.

“Lerik” – “Qusar” 0:2
Qollar:
 K.Qafarov, 68 (pen), İ.Yarəliyev, 88