Benzianın qolu ən yaxşılar arasında – VİDEO
UEFA Avropa Liqasının qrup mərhələsinin 6-cı turunun ən yaxşı qolu adına namizədlər bəlli olub.
Aut.az xəbər verir ki, “Qarabağ”ın futbolçusu Yassin Benzianın ötən axsam “Hekken”ə 2:1 hesabı ilə qalib gəldikləri oyunda vurduğu qol da ən yaxşılar arasındadır.
Digər namizədlər Jau Pedro (“Brayton”), Lorents Assinyon (“Renn”) və “Olimpiakos”dan Daniel Podensedir.
Qalib UEFA-nın rəsmi saytında səsvermə yolu ilə müəyyənləşəcək.
