Onunla işləmək istərdim, əyləncəlidir – Totti kimi deyir?
“Roma” və İtaliya millisinin keçmiş hücumçusu Françesko Totti hazırda “Benfika”ya rəhbərlik edən baş məşqçi Joze Mourinyo ilə işləmək istəyindən danışıb.
Aut.az xəbər verir ki, jurnalist Nikolo Şira Tottinin sözlərini sitat gətirib:
“Mourinyo ilə işləmək istərdim. Onun yanında olmaq əyləncəlidir və komandanı necə idarə etməyi bilir. İtaliya futbolunda hazırda istedad və çempionlar çatışmır. Ümid edirəm ki, futbolumuzu yenidən zirvəyə qaldıra biləcək yeni istedadlar yetişdirmək üçün gənclər akademiyalarına yenidən investisiya qoyuluşunu görəcəyik. Dünya Kuboku? Ümid edək ki, ora çatacağıq”.
Aut.az
