İtaliya

Birini göndərirlər, 5-ni gətirirlər

“Roma”nın hücumçusu Paulo Dibala Səudiyyə Ərəbistanının “Əl-Kadisiyyə” klubuna keçməyə yaxındır .

Aut.az xəbər verir ki, “Corriere dello Sport”un məlumatına görə, argentinalının transferi rəsmən reallaşdıqdan sonra romalıların baş məşqçisi Daniele De Rossi komandasını 5 mövqedə gücləndirmək istəyir.

Roma klubunun qısa siyahısında 5 mövqeyə 7 futbolçunun adı var: “Lans” və Avstriya millisinin mərkəz müdafiəçisi Kevin Danso, “Renn”dən sağ cinah müdafiəçisi Lorentso Assiqnon, sol cinah oyunçuları Rodriqo Rikelme (Atletiko Madrid) və Jeremie Boqa (Nitsa), sağ cinah oyunçuları Edon Jeqrova (Lill), Srik Nqonqe (Napoli), həmçinin “Lester”dən mərkəz yarımmüdafiəçisi Bubakari Somare.

Aut.az