Onun oyunu Ançelottini təəccübləndirmir: Elə kefiyyətləri var ki…
Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti “Real”da birgə çalışdığı Luka Modriçin “Milan”dakı çıxışı barədə fikirlərini bölüşüb.
Aut.az xəbər verir ki, o, 40 yaşlı yarımmüdafiəçi xorvatiyalı futbolçunun yüksək səviyyəli oyununa təəccüblənmədiyini bildirib:
“Luka Modriç məni təəccübləndirmir. “Real”da o, heç vaxt məşqləri buraxmazdı. Modriçdə nizam-intizam, yaxşı genetika, ciddilik, təcrübə və şəxsi keyfiyyətlər var ki, bunlar ona 40 yaşında belə ən yaxşı yarımmüdafiəçilərdən biri olmağa imkan verir.
“Milan” Modriçlə daha güclü olub, lakin bu komandanın əsas dönüş nöqtəsini Alleqri təmin edib. Bu, dərhal hiss olunur. O, işi çətinləşdirməyi sevməyən, sadə, amma çox effektiv məşqçidir. Məncə, “Milan” İtaliya çempionatını qazana bilər. Avrokuboklarda iştirak etməmələri isə, şübhəsiz, onların üstünlüyüdür.”
Xatırladaq ki, Luka Modriç Ançelottinin rəhbərliyi altında “Real”da 2013–2015 və 2021–2025-ci illərdə çıxış edib.
Aut.az
