Əfsanə karyerasını nə vaxt başa vuracaq?
“Qolden Seyt Uarriors”in oyun qurucusu Stefen Karri hələlik karyerasını başa vurmağı planlaşdırmadığını bildirib.
Aut.az xəbər verir ki, “Karyeranı bitirmək üçün vaxt özü gələcək. Bu nə vaxt olacaq? Düşünürəm ki, bu, yaxın zamanda baş verməyəcək”, — deyə Karri People nəşrinə müsahibəsində qeyd edib.
37 yaşlı basketbolçu vurğulayıb ki, bu mövzu barədə çox düşünməməyə çalışır, çünki karyeranı bitirmək haqqında fikirlər insanın bu gününü əlindən alır.
“Mən rəqabət prosesindən və bu işə qoyulan bütün zəhmətdən zövq alıram. Ümid edirəm ki, bu, nəticələrə müsbət təsir göstərəcək”, — deyə o əlavə edib.
Karri dördqat NBA çempionudur (2015, 2017, 2018, 2022) və 2022-ci ildə NBA finallarının MVP-si seçilib. O, həmçinin ABŞ millisinin heyətində Olimpiya çempionu olub və iki dəfə dünya çempionluğu qazanıb.
Aut.az
