Basketbol

Şakil O’Nilin dövründə oynaya biləcək müasir basketbolçu kimdir?

Basketbolun Şöhrət Zalının üzvü, dördqat MBA çempionu, hazırda analitik və ekspert Şakil O’Nil müasir MBA-dan onun dövründə kimin yaxşı oynaya biləcəyi ilə bağlı fikirlərini bildirib.

“Mən hər zaman bu barədə düşünürəm. Entoni Edvards. O, böyük və güclüdür. Əlbəttə, və Lebron da. Amma o, bizim dövrümüzdə oynayıb. Kevin Durant kimi”, Şakil deyib.

Edvards bu MBA mövsümündə 55 oyunda iştirak edib, orta hesabla 27,6 xal, 5,8 ribaund və 4,5 asistlə yadda qalıb.

Aut.az