Basketbol

Avrokubok oyunlarının İsraildə keçirilməsinə icazə verildi

Dekabrın 1-dən etibarən İsraildə basketbol üzrə Avroliqa və avrokubok oyunları bərpa ediləcək.

Aut.az xəbər verir ki, klublar bununla bağlı təklifi təsdiqləyiblər. Bu barədə təşkilatın mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, göstərilən tarixədək Avroliqa bölgədəki vəziyyəti izləməyə davam ediləcək. Y yarış iştirakçılarının təhlükəsizliyinin təşkilat üçün əsas prioritet olduğunu vurğulanıb.

İsrail komandaları Fələstinlə hərbi münaqişə səbəbindən ev oyunlarını neytral meydanlarda keçirirdilər. Oktyabrın 10-dan isə tərəflər arasında atəşkəs barədə imzalanmış razılaşma qüvvəyə minib.

Aut.az