İnzaqi qovuldu
“Salernitana” baş məşqçisi Filippo İnzaqini istefaya göndərdiyini açıqlayıb.
Aut.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
“Salernitana” Futbol Klubu cənab Filippo İnzaqini əsas komandanın baş məşqçisi vəzifəsindən azad etdiyini və işinə sadiqliyinə görə ona minnətdarlığını bildirdiyini elan edir. Mütəxəssisə karyerasının davamında uğurlar arzulayırıq”, – deyə klubun rəsmi saytında bildirilir .
İtaliya çempionatının 24 turundan sonra Salernitana 13 xal toplayıb və hazırda 20-ci yerdədir.
Xatırladaq ki, 50 yaşlı mütəxəssis “Salernitana”nın baş məşqçisi vəzifəsinə ötən ilin oktyabrında təyin olunmuşdu.
Aut.az
