İtaliya

Meydana çıxmağı ilə zədələnməyi bir oldu – Ağladı

A Seriyasının 35-ci turunda “Kremoneze” ilə keçirilən oyunda “Yuventus”un futbolçusu Pol Pqba zədələnib.

Aut.az xəbər verir ki, 30 yaşlı futbolçu qarşılaşmanın 22-ci dəqiqəsində sağ ayağı ilə rəqibin cərimə meydançasına ötürmə etdikdən sonra axsayıb. O, dərhal qazona uzanaraq, həkimləri köməyə çağırıb.

Fransız futbolçu formasını üzünə çəkərək meydanı göz yaşları içində tərk edib.

Poqba bu mövsüm yalnız 6-cı oyunda meydana çıxmışdı.  Yaydan fevralın sonuna qədər diz əməliyyatını sağaltmışdı. Mart ayında məşqdə yenidən zədələnmişdi və bir neçə həftə yaşıl meydanlardan kənarda qalmışdı.

Aut.az