Qalmaq niyyəti yoxdur: O oyundan sonra istefa verəcək
“Milan”ın baş məşqçisi Serxio Konseysao klubda qalmaq niyyətində deyil.
Aut.az xəbər verir ki, bu barədə “Calciomercato” məlumat yayıb.
Mənbənin sözlərinə görə, “Boloniya” ilə İtaliya kubokunun finalının nəticəsi Konseysaonun qarşısında iki yol açır: komanda uduzsa, portuqaliyalı qovulacaq, qələbə qazanacağı təqdirdə isə özü istefa vermək niyyətindədir.
“Milan” – “Bolonya” matçı mayın 14-də keçiriləcək.
Aut.az
