İngiltərə nəhəngi “Atalanta”nın liderini hədəfə aldı
“Liverpul” “Atalanta”nın liderlərindən biri olan yarımmüdafiəçi Edersonu transfer etmək istəyir.
Aut.az xəbər verir ki, bu barədə “Tuttosport” məlumat yayıb.
Braziliyalı futbolçu mersisaydlıların yay transfer pəncərəsinin əsas hədəflərindən biridir. Buna görə yaxın günlərdə İtaliya klubu ilə danışıqlara başlanılacaq.
Transfermarkt-ın məlumatına görə, 24 yaşlı futbolçunun dəyəri 30 milyon avrodur.
2023/2024 mövsümündə Ederson “Atalanta”nın heyətində bütün yarışlarda 52 oyuna çıxıb, 7 qol vurub və eyni sayda məhsuldar ötürmə edib.
Aut.az
