Əfsanə kəmərdən məhrum edildi: Hansı səbəbdən?
Ümumdünya Boks Şurası (WBC) 36 yaşlı əfsanəvi boksçu Terens Kroufordu orta çəki dərəcəsində çempion titulundan məhrum edib.
Aut.az xəbər verir ki, məlumatda bildirilib ki, o, indi “tətildə olan çempion” statusundadır.
Krouford 2023-cü ilin iyulunda Errol Spensi texniki nokautla məğlub edərək şəksiz dünya çempionu oldu. O vaxtdan bəri Terens rinqə çıxmayıb. Nəticədə o, payızda IBF titulundan məhrum edildi.
Kroufordun avqustun 3-də orta çəkidə WBA kəməri uğrunda İsrail Mədrimovla döyüşəcəyi gözlənilir. Döyüş Los-Ancelesdə baş tutacaq.
Aut.az
