Ronaldo tarixi rekordundan danışdı: Onlara təşəkkür etdi
“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo yeni nailiyyətini şərh edib.
Aut.az xəbər verir ki, tarixdə dörd fərqli milli çempionatda bombardiri statusunu alan ilk futbolçu kimi tarixə düşən Ronaldo bu sözləri deyib:
“Dörd ölkədə ilk bombardir kimi tarixə düşməkdən qürur duyuram. Bu yolda mənə kömək edən bütün klublara, komanda yoldaşlarına və işçi heyətinə çox təşəkkür edirəm”.
Portuqaliyalı futbolçu “Real” ilə La Liqada, “Yuventus” ilə A Seriyasında, “Mançester Yunayted” ilə İngiltərə Premyer Liqasında və “Əl Nəsr” ilə Səudiyyə Ərəbistanı çempionatında ən çox qol vuran futbolçu olub. O, Madrid klubunda üç dəfə İspaniya çempionatının “Qızıl buts”unu qazanıb.
Qeyd edək ki, Ronaldo bu mövsüm 35 qol vuraraq Səudiyyə Pro Liqasında rekorda imza atıb. Portuqaliyalı superulduz həm də 11 məhsuldar ötürmə edib.
