“Real” əfsanəyə dəstək oldu: Həmişə səninlə olacağıq
“Real” ispaniyalı tennisçi Rafael Nadalın “Rolan Qarros 2024″ün ilk mərhələsində mübarizəni dayandırmasına biganə qalmayıb.
Aut.az xəbər veirr ki. “Los Blankos” sosial şəbəkə hesabında Madriddə doğulan və bu klubun sadiq azarkeşi olan əfsanəvi idmançını dəstəkləyən yazı dərc edib:
“Sən həm meydançada, həm də meydandan kənarda bizim üçün həmişə gözəl nümunə olaraq qalırsan, əziz Rafael. Biz belə böyük əfsanə ilə fəxr edirik və bütün sınaqlarda həmişə səninlə olacağıq. Davam et, Rafa”!
Qeyd edək ki, 37 yaşlı Nadal Fransa Açıq çempionatının ilk mərhələsində almaniyalı Aleksandr Zverevə uduzub – 3:6, 6:7 (5:7), 3:6. Məğlubiyyətdən sonra ispaniyalı teninsçi bildirib ki, bu matç onun “Rolan Qarros”da sonuncu ola bilər.
Aut.az
