Zədəli əfsanə ona inanmayanlara belə cavab verdi – FOTO
Böyük Dəbilqə yarışlarının 24 qat qalibi Novak Cokoviç (Serbiya, ATP 7) sosial şəbəkələrində zədəli sol ombasının MRT-sini dərc edib.
Aut.az xəbər verir ki, o, bununla Avstraliya Açıq Çempionatının Karlos Alkarasla 1/4 final matçında zədə almadığını iddia edənlərə cavab verib. “Mən bunu idman zədələri üzrə bütün “mütəxəssislər”ə göstərmək qərarına gəldim”, – deyə o, bildirib.
Qeyd edək ki, Cokoviç Alexander Zverevlə Avstraliya Açıq çempionatının yarımfinalında üz-üzə gəlib. İlk setdə rəqibinə taybreyklə məğlub olan serb tennisçi zədə səbəbi ilə mübarizəni davam etdirməmək qərarına gəlib.
Aut.az

