PSJ xal itirdi
Fransa Liqa 1-də XIII turun növbəti görüşləri keçirilib.
Aut.az xəbər verir ki, “Renn” evdə “Sent-Etyen”i darmadağın edərək, aşağı pillələrdən yaxa qurtarmağı bacarıb. “Strasburq” isə “Brest” səfərindən məğlub ayrılıb. Lider PSJ isə autsayder “Nant”la bacarmayıb.
Turun ilk günü bir matç keçirilib.”Lens” səfərdə “Reyms”dən üstün olmağı bacarıb.
Tura bazar günü keçiriləcək oyunlarla yekun vurulacaq.
Fransa Liqa 1
XIII tur
29 noyabr
Reyms – Lens 0:2
Qollar: A.Tomasson, 23, M.Enzola, 61
30 noyabr
Renn – Sent Etyen 5:0
Qollar: A.Kalimuendo, 39 (pen.), 61, 67 (pen.), L.Belas, 45+6, A.Quiri, 53
Brest – Strasburq 3:1
Qollar: K.Lala, 12 (pen.), M.Pereyra, 45+1, R.Kastilyo, 90+2 – A.Outtara, 85
1 dekabr
PSJ – Nant 1:1
Qollar: A.Hakimi, 2 – M.Ablin, 38
Montpeliyer – Lill
Le Havr – Ancers
Lion – Nis
Tuluza – Auxerre
Marsel – Monako
