Dünya futbolu

“Krasnodar” Murad Musayevlə danışıqlara başladı

“Krasnodar” Tula “Arsenal”ının baş məşqçisi Aleksandr Storojuka müraciət edib.

Aut.az xəbər verir ki, bu barədə “Championat.com”a vəziyyətlə tanış olan mənbə məlumat verib.

Qeyd olunur ki, ona mövsümün sonuna qədər komandaya rəhbərlik etmək təklif olunub, lakin Storojuk bir neçə aya görə “Krasnodar”a getməyə razılıq verməyib.

Hazırda “Krasnodar”ın baş məşqçisi postuna əsas namizəd komandaya rəhbərlik etməyə hazır olan Murad Musayevdir. Onunla danışıqlar gedir. Bu ehtimal barədə daha əvvəl “RB Sport” da məlumat vermişdi.

Qeyd edək ki, Murad Musayevin son iş yeri “Sabah” olub.

Bu gün, martın 13-də “Krasnodar” klubu baş məşqçi Vladimir İviçlə müqaviləyə xitam verdiyini açıqlayıb. Serbiyalı mütəxəssis komandaya 2023-cü ilin yanvarından rəhbərlik edirdi.

Aut.az