Digər

İkiqat Olimpiya çempionu üçüncü dəfə dopinqdə “ilişdi”

Xizək yarışı üzrə ikiqat Olimpiya çempionu, estoniyalı Andrus Veerpalu növbəti dəfə antidopinq qaydalarını pozduğuna görə mühakimə olunub.

Aut.az xəbər verir ki, bu dəfə o, martın 9-da başa çatan Haanja Marafonundan sonra cəza alıb. 53 yaşlı Veerpalu 39 kilometrlik yarışı beşinci yerdə başa vurub.

“Postimees”in məlumatına görə, bununla belə, onun nəticəsi flüorun testindən sonra ləğv edilib. Məlum olub ki, estoniyalı qadağan olunmuş maddədən istifadə edib. Onunla yanaşı, daha altı idmançı diskvalifikasiya edilib.

2011-ci ildə Veerpalu dopinqə görə üç il müddətinə diskvalifikasiya edilib. Bundan sonra xizəkçi daha yüksək səviyyədə yarışmadı. 2019-cu ildə İdman Arbitraj Məhkəməsi (CAS) onu Estoniya millisində dopinq sxeminin təşkilində iştirakda təqsirli bilib. Nəticədə, Veerpala 2023-cü ilə qədər idman fəaliyyəti ilə məşğul olmaq qadağan edilib.