Əfsanəvi tennisçi Sena çayına yıxılmaqdan son anda qurtuldu – FOTO
Dünən, iyulun 26-da Parisdə keçirilən 2024-cü il Yay Olimpiya Oyunlarının açılış mərasimində 23 qat Böyük Dəbilqə çempionu, amerikalı tennisçi Serena Uilyams xoşagəlməz hadisə ilə üzləşib.
Aut.az xəbər verir ki, Serena Sena çayında xüsusi qayıqda olarkən başı gicəllənib. Kəskin dalğa isə əfsanəvi tennisçinin müvazinətini itirməsinə səbəb olub. O, yıxılmamaq üçün yanında dayanan köməkçidən tutmalı olub.
Aut.az




