“Mançester Siti” “Nyukasl”ın yarımmüdafiəçisi Bruno Gimarayeş üçün hərəkətə keçib.
Aut.az xəbər verir ki, bu barədə AS məlumat yayıb.
Mənbənin sözlərinə görə, “şəhərlilər” braziliyalı futbolçunun potensial transferini müzakirə etmək üçün onun ətrafı ilə artıq əlaqə yaradıb. “Siti”nin onun keçidi üçün 115 milyon avro ödəməyə hazırdır, ancaq klub rəhbərliyi bu məbləği 3 hissəyə bölmək istəyindədir.
Mançesterlilər yarımmüdafiəçisi Rodriqo Hernandezin iş yükünü azaltmaq üçün Brunonu heyətinə qatmaq istəyir.Xatırladaq ki, bu mövsüm Gimarayeş bütün turnirlərdə 39 matçda iştirak edib, 3 qol vurub və 7 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2028-ci ilin yayına qədərdir. “Transfermarkt”a görə onu bazar dəyəri 85 milyon avrodur.
Aut.az