İngiltərə

Bu oyuna qədər qovulmayacaq: Amma futbolçular düşünür ki…

Erik ten Haq ən azı FA Kubokunun finalına qədər “Mançester Yunayted”də qalacaq.

Aut.az xəbər verir ki, “Daily Mail”in məlumatına görə, klub mayın 25-də “Uembli”də “Mançester Siti” ilə keçiriləcək İngiltərə Kubokunun final oyununa qədər məşqçini qovmağı planlaşdırmır.

Bu oyun “Mançester Yunayted” üçün mövsümün sonuncusu olacaq və buna qədər komandanın Premyer Liqada hələ üç görüşü var – evdə “Arsenal” və “Nyukasl”la, səfərdə isə “Brayton”la.

Kubok finalı bu mövsüm titul üçün son şansdır. Ten Haqın gələcəyi ilə bağlı qərar bu oyundan sonra veriləcək.

Eyni zamanda, Mançester klubunun bir sıra futbolçuları uğursuz mövsümdən sonra məşqçinin taleyinin artıq həll olunduğunu düşünürlər.

Aut.az