DÇ-nin finalından sonra tualetə girərək qapını bağlayıb ki…
Almaniya millisinin sabiq baş məşqçisi Yoahim Löv 2014-cü ildə keçirilən dünya çempionatında Bundestimlə qələbə qazandıqdan sonra yaşadığı emosiyalar haqda danışıb.
Aut.az xəbər verir ki, Löv tək qalmaq üçün tualetə getdiyini etiraf edib.
“Mən tək qalmaq istədim və özümü tualetə bağladım, çünki soyunub-geyinmə otağında hər yerdə insanlar var idi. Hisslərimi anlamağa çalışırdım: bu həqiqətən baş verib, yoxsa yuxudur… Nədənsə həmin anda tək qalmaq istəyirdim. Etiraf edim ki, dünya çempionatında qalib gələndən sonra əhvalım düşündüyüm qədər yüksək deyildi.
Sonralar tez-tez gecələr yuxudan oyanırdım, özümü yorğun və içimdə ağır hiss edirdim. Etiraf etməliyəm ki, həmin günlərdə mənim üçün asan “, – Löv “Loew Wir Weltmester” podkastında deyib.
2014-cü ildə Braziliyada keçirilən dünya çempionatının finalında Almaniya yığması Argentinaya qalib gəlib (1:0).
Aut.az
