Keyndən “Tottenhem” azarkeşlərinə möhtəşəm jest: Onların önündə… – VİDEO
“Bavariya” mövsümöncəsi “Visit Malta” kubokunu qazanıb.
Aut.az xəbər verir ki, Münhen klubu “Tottenhem”i 2 oyunun cəmində məğlub edib. Cənubi Koreyada baş tutan ilk matçda 2:1 hesabı ilə qalib gələn Almaniya təmsilçisi Londonda baş tutan ikinci görüşdə də qələbə qazanıb – 3:2.
Bu görüşdə “Bavariya”nın kapitanı olan Harri Keyn oyunsonrası mərasim zamanı kuboku başı üzərində qaldırmaqdan imtina edib. O, bununla keçmiş komandasının azarkeşlərinə hörmətini nümayiş etdirib.
Aut.az
