İngiltərə

Onun “Liverpul”u salışdıracaq aurası yoxdur: Slott Runiyə cavab verdi

“Liverpul”un baş məşqçisi Arne Slot “Mançester Yunayted”in keçmiş hücumçusu Ueyn Runinin niderlandlı mütəxəssisin “qırmızılar”ı idarə etmək üçün aurasının olmaması ilə bağlı şərhlərinə cavab verib.

Aut.az xəbər verir ki, keçmiş oyunçu həmçinin Slotu Yurgen Kloppla müqayisə edib .

“Hamımız fərqliyik. Yurgenlə mənim ortaq cəhətimiz Premyer Liqada qalib gəlməkdir. Pis deyil, elə deyilmi? Düşünürəm ki, məşqçi nə qədər çox qələbə qazanarsa, bir o qədər çox auraya sahib olar. Bilmirəm, Ueyn Runi ilə razısınızmı, amma düşünürəm ki, insanlar keçən mövsüm bu mövsümdən daha çox auraya sahib olduğumu deyərdilər.

Ancaq bəlkə də belə düşünən tək odur, bilmirəm. Bu barədə ilk dəfə eşidirəm, amma Yurgenin mütləq xüsusi bir aurası olduğunu demək olar. Mən onun adından danışa bilərəm, onun mütləq bir aurası var idi. Amma qalib məşqçinin də aurası olur”, – deyə “Goal” Slotadan sitat gətirib.

Aut.az