Almaniya

“Könüllü” getdiyi üçün bu qədər kompensasiya alacaq

Almaniya Futbol Assosiasiyası (DFB) ilə Yulian Naqelsmann arasında razılığa gəlinib ki, məşqçi 7 milyon avro kompensasiya alacaq.

Aut.az xəbər verir ki, bu barədə AS məlumat yayıb.

Rəhbərlik Naqelsmannı könüllü istefa verməyə inandırmağa çalışıb və bunun onun imicini yaxşılaşdıracağını iddia edib. Lakin maliyyə aspekti əsas amil olub. İşdən çıxarılacağı təqdirdə Naqelsmann təxminən 14 milyon avro ala bilərdi.

Amma son nəticədə Naqlesmann könüllü olaraq istefaya getdi və 7 milyon avro təzminat alacaq.

Almaniya millisi 2026-cı il dünya çempionatının 1/16 finalında Paraqvaya məğlub olaraq (1:1, penaltilərdə 3:4) turnirdə iştirakını dayandırıb.

Aut.az