Boks

Tayson bu döyüşə niyə razılıq verdiyinin səbəbini açıqladı

Ağır çəkidə keçmiş dünya çempionu Tayson Fyuri (35-2-1, 24 nokaut) polşalı veteran Mariuş Vaha (39-13, 20 nokaut) qarşı Tailandda xeyriyyə döyüşü keçirməyə niyə razı olduğunu izah edib.

Aut.az xəbər verir ki, 37 yaşlı britaniyalı bu barədə “İnstaqram” hesabında yazıb.

Britaniyalıya görə, Tailand onun üçün xüsusi bir yerə çevrilib, burada məşq etməkdən zövq alır və özünü evdəki kimi hiss edir.

“Tailand mənim üçün həqiqətən xüsusi bir yerdir. Bir neçə il əvvəl buraya gəldim və burada məşqlərə, istiyə və bütün bunlara aşiq oldum. Burada hər gün oyanmaq sadəcə möhtəşəmdir”, – deyə Fyuri yazıb.

Boksçu həmçinin vurğulayıb ki, qarşıdan gələn döyüşün əsas məqsədi çətin həyat şəraitində olan uşaqları dəstəkləyən xeyriyyə təşkilatı olan “Father Ray Foundation”a kömək etməkdir.

“Burada mübarizə apara və fondu üçün pul toplaya biləcəyim üçün çox xoşbəxtəm. Onlar 30 ildən çoxdur ki, uşaqlara – imkansız uşaqlara, əlil insanlara, evsizlərə və aclıqla üzləşənlərə kömək edirlər. Onlar üçün mümkün qədər çox pul toplamaq üçün əlimdən gələni edəcəyəm”, – deyə britaniyalı əlavə edib.

Fyuri və Vaha arasında döyüş 24 iyulda Pattayadakı” Max Muay Thai” stadionunda keçiriləcək. “Boxing King Media”nın məlumatına görə, Tayson döyüş üçün pul mükafatı almayacaq və döyüşün özü canlı yayımlanmayacaq. Bundan əlavə, britaniyalı xüsusi WBC “humanitar titul”unun ilk sahibi olacaq.

Aut.az