Boks

Taysonun görkəmindən təəccüblənib: Sanki hamilədir

58 yaşlı keçmiş peşəkar boksçu Erik “Butterbean” Eş hesab edir ki, Mayk Tayson dəhşətli formadadır və onun Ceyk Polla döyüşünün mənası yoxdur.

“Mən Maykı təxminən üç həftə əvvəl gördüm, sanki hamilə idi.

Mən onu nokaut edərdim. Çənəsi yoxdur. Taysona uduzanların problemi ondan ibarətdir ki, onlar ona meydan oxumağa belə cəhd etmirdilər”, – Eş yekunlaşdırıb.

Ceyk Pol və Mayk Tayson arasında döyüş noyabrın 15-də baş tutacaq. Bir çox azarkeş və boks mütəxəssisi “Dəmir Mayk”ın yaşına görə bu döyüşü mənasız hesab edir.

Aut.az