Atası deyir ki, onunla döyüşməyin mənası yoxdur
Ağır çəkidə WBC çempionu Tyson Fyurinin atası Con Fyuri oğlunun məcburi rəqib Co Coysla döyüşmək niyyətində olmadığını bildirib.
Aut.az xəbər verir ki, o, oğlunun istəyinin ağır çəkidə mütləq çempionluq uğrunda mübarizə olduğunu bildirib:
“Sən özünü buna necə hazırlaya bilərsən? Coysun kəməri yoxdur. Əlbəttə, Co öz şansına layiqdir, amma təsəvvür edin ki, siz titul uğrunda mübarizə aparmağa hazırlaşırsınız və sonra başqa birisi ilə döyüşmək üçün hazırlığa başlamalısınız.
Tayson şəksiz çempion olmaq istəyir, amma indi bu prosesi görmürük. Düşünürəm ki, onun başı tamamilə bu döyüşlə məşğuldur. Deməli, indiki mərhələdə Coysa qarşı mübarizənin mənası yoxdur. Co Coysla heç kim maraqlanmır. Heç kimi şəksiz çempionluq mübarizəsindən başqa heç nə maraqlandırmır. Taysonun istədiyi budur”.
Aprelin 15-də Coys Can Cillə döyüşəcək. Qalib gəlsə, Fyuri ilə mübarizənin əsas namizədinə çevriləcək.
Aut.az
