Onun təhqirləri Coşuanı qəzəbləndirir: Nifrətim böyükdür
Ağır çəkili boksçu Entoni Coşua etiraf edib ki, onu daim “axmaq bodibilder” adlandıran Tayson Fyurinin sözlərindən qəzəblənir.
“Fury mənim rəqiblərimdən biridir. Birlikdə rinqə çıxmaq istədiyim boksçudur. Onun mənim haqqımda dediyi hər şey yaddaşımda qalıb və rinqdəki nifrətim üçün yanacaq olacaq.
Onun sözləri məni qəzəbləndirir. Mən Fyurini bunlara görə cəzalandırmaq istəyirəm. Bütün bunları 100% ciddi qəbul edirəm. Və dediyi hər şeyə görə onu cəzalandırmaq istəyirəm”, Coşua deyib.
Tayson Aleksandr Usiki məğlub edərsə, Coşuanın Fyuri ilə döyüşə biləcəyi bildirilir.
Aut.az
