Utanacaq bir şey yoxdur: Dyubuanın məşqçisi
Britaniyalı boksçu Daniel Dyubuanın məşqçisi Kiran Farrell Aleksandr Usikə məğlubiyyəti şərh edib.
Ötən gecə Usik britaniyalını beşinci raundda nokautla məğlub edərək mütləq dünya çempionu titulunu qaytarıb.
Aut.az xəbər verir ki, Farrell bu barədə “Pro Boxing Fans”a danışıb.
“Dyubua dünyanın ən yaxşı boksçusuna uduzdu, bunda utanacaq bir şey yoxdur. Təəssüf ki, Usik Danielin hərəkətlərində boşluqlar tapdı.
Danielin cəmi 27 yaşı var, hələ öyrənməli çox şey var. Biz Usikə küncdən zərbə vurmağı öyrəndik, amma Aleksandr çox qeyri-adi boksçudur. Usikə qarşı hazırlaşmaq inanılmaz dərəcədə çətindir.
Məncə, Danielin böyük gələcəyi var. Coşua və Fyuri kimi bütün digər namizədlər qocalırlar. Dyubua isə hələ peşəkar boksda uşaqdır”, – Farrell deyib.
Aut.az
