Fiziyevi məğlub edən döyüşçü karyerasını nə vaxt başa vuracaq?
Tanınmış UFC döyüşçüsü Castin Geyci karyerasını başa vurmaqla planlarınıı açıqlayıb.
Aut.az xəbər verir ki, bu barədə ABŞ təmsilçisi “Fighting”ə məlumat verib. O, 3 il döyüşmək istədiyini bildirib:
“37 yaşımda karyeramı başa vurmaq istəyirəm. İndi mənim 34 yaşım var. Deməli, daha iki-üç il vaxtım var. O qədər də uzun müddət deyil. 12-15 ildir ki, MMA ilə məşğulam. Mən əbədi döyüşmək fikrində deyiləm”.
Geyci karyerası ərzində MMA-də 28 döyüş keçirib və 24 qələbə qazanıb. O, son olaraq martın 18-də Azərbaycan təmsilçisi Rafael Fiziyevi məğlub edib.
