Həbibin əmisi oğlu Xəzər dənizində boğulan qadını xilas etdi
Sabiq UFC döyüşçüsü Əbubəkər Nurməhəmmədov Xəzər dənizində batan qadını ölümdən xilas edib.
Aut.az xəbər verir ki, bu barədə Əbubəkərin dostu, UFC döyüşçüsü Tagir Ulanbekov danışıb. “Bu postu qardaşım Abubakar Nurməhəmmədova həsr etmək istərdim. Baxmayaraq ki, onun bu cür diqqəti sevmədiyini bilirəm. Amma keçən həftə sonu baş verənləri sizə deməyə bilmərəm.
Xəzər dənizinin sahilində gəzən Əbubəkər çətin vəziyyətdə olan bir qadın görüb. Su onu demək olar ki, udmuşdu. Onun kömək olmadan qurtula bilməyəcəyi açıq-aydın görünürdü. Əbubəkər tərəddüd etmədən, özünü düşünmədən suya atılaraq qadını xilas etdi.
Bu hərəkət məşqçinin bizə öyrətdiklərinin gözəl bir nümunəsidir: “Başqasının dərdlərinə biganə qalma və lazım gələrsə kömək əlini uzat.” Belə anlar bizə qayğıkeş olmağın və lazım olanda köməyə gəlməyin nə qədər vacib olduğunu xatırladır”, – Ulanbekov sosial şəbəkələrdə yazıb.
UFC əfsanəsi Həbib Nurməhəmmədovun əmisi oğlu Əbubəkər Nurməhəmmədov 22 MMA döyüşü keçirib və 17 qələbə qazanıb. O, bu ilin fevralında UFC-dən qovulub.
Aut.az
