Qaydasız döyüş

UFC anons etdi: Londonda “döyüş gecəsi” olacaq

UFC Böyük Britaniyanın paytaxtı Londonda döyüş gecəsi elan edib.

Aut.az xəbər verir ki, promosyonun mətbuat xidmətinin məlumatına görə, O2 Arenada keçiriləcək tədbir 21 mart 2026-cı il tarixində baş tutacaq. Bundan əvvəl Londonda 2025-ci ildə keçirilən “Fight Night”  UFC tarixində ən çox gəlir gətirən yarış  olub.

“London dünyanın aparıcı döyüş şəhərlərindən biridir. Onun ehtiraslı azarkeşləri, inanılmaz ab-havası var və biz burada sonuncu dəfə UFC tarixində ən yüksək gəlir gətirən kassa rekordu vurduq. London həmişə gözləntiləri doğruldur və mən qayıtmağı səbirsizliklə gözləyirəm”, – UFC prezidenti Deyn Uayt deyib.

Aut.az