Qaydasız döyüş

Məişət zorakılığı: Gürcünün həyat yoldaşı vəkil tapa bilmir

UFC yüngül çəki çempionu İliya Topuriyanın həyat yoldaşı Corcina Badel hüquqi müdafiəsini formalaşdırmaqda çətinliklərlə üzləşir.

Aut.az xəbər verir ki, Badell gürcünü məişət zorakılığında ittiham edir. İspaniyanın “Divinity” nəşrinin jurnalist Manuel Marlasqueyə istinadən verdiyi məlumata görə, o, işi öz üzərinə götürməyə hazır olan bir vəkil tapa bilmir.

Topuriya əvvəllər bütün ittihamları rədd edən və günahsızlığını sübut edən səs yazılarına, yazışmalarına və video dəlillərinə sahib olduğunu iddia edən bir bəyanat yaymışdı. Döyüşçü həmçinin Badelə qarşı şantaj, dəlillərin saxtalaşdırılması və mənimsəmə ittihamları ilə qarşı iddia qaldırmaq niyyətindədir.

Aut.az