Qaydasız döyüş

MMA döyüşçüsü 10-cu mərtəbədən yıxıldı

Rusiyalı MMA döyüşçüsü Maqomed “Venom” Zaynalov dəhşətli hadisənin qurbanı olub.

Aut.az xəbər verir ki, o, çoxmərtəbəli binanın 10-cu mərtəbəsindən yıxılıb. İdmançı reanimasiyadadır. Bu barədə onun həmkarı və rəqibi Eduard Kuzminov məlumat verib.

“Bu səhər kədərli xəbər aldım. Maqomed Zaynalov 10-cu mərtəbədən yıxılıb və hazırda reanimasiyadadır. Fevralın 2-də döyüşməli idik. Dua edirdim ki, bu döyüşdə qalib olum. İndi başa düşürəm ki, bütün bu döyüşlər məni maraqlandırmır və “Venom” üçün dua etmək istəyirəm. Onun üçün hər şey yaxşı getsin, sağalsın. Mən də sizdən xahiş edirəm, gəlin hamımız onun üçün dua edək. Hər şey olur. Həyat keçicidir. Tanrı onun üçün hər şeyin yaxşı bitməsini nəsib etsin”, – Kuzminov “Telegram” kanalında bildirib.

Qeyd edək ki, Maqomed Zaynalovun 24 yaşı var. Onun qarışıq döyüş növləri üzrə 4 qələbəsi, 10 məğlubiyyəti və 1 heç-heçəsi var.