İslamın meneceri Makqreqoru ələ saldı: Hamısı Həbibin günahıdır
UFC çempionu İslam Mahaçevin meneceri Əli Əbdül-Əziz Las-Veqasda (ABŞ) keçirilən UFC 329 turnirində irlandiyalı döyüşçü Konor Makqreqorun amerikalı Maks Holloueyə məğlub olmasına münasibət bildirib
12 iyulda Makqreqor Holloueyə qarşı döyüşdən birinci raundun ikinci dəqiqəsində aldığı zədə səbəbindən imtina efib, ona texniki məğlubiyyət verilib.
Aut.az xəbər verir ki, Əbdül-Əziz sosial mediada gülməli emoji əlavə edərək “Hökumət bunu araşdırmalıdır. Hamısı Həbibin günahıdır” yazıb.
Daha əvvəl İslam Maxaçev özü Makqreqorun məğlubiyyətinə bu sözlərlə cavab vermişdi: “Konor Konoru məğlub etdi. Təbrik edirəm, Maks”.
Aut.az
