Mahaçev Konorun dostunun döyülməsindən danışdı: Ağzına gələni danışırsansa…
UFC çempionu İslam Mahaçev komandasının üzvlərinin iştirak etdiyi davaya münasibət bildirib.
Aut.az xəbər verir ki, Nyu-Yorkda keçirilən turnirdə Mahaçevin bir neçə köməkçisi, o cümlədən Abubakar Nurməhəmmədov və Maqomed Zaynukov Konor Makqreqorla dostluğu ilə tanınan Dilon Denislə dava edib.
“Beş il kiminsə haqqında xoşagəlməz sözlər söyləyəndə və sonra onunla görüşəndə, dediklərinə görə cavab verməli olacaqsan. Və məncə, o, bu gün sözlərinə görə cavab verdi”, – Mahaçev mətbuat konfransında deyib.
UFC 322 turniri başa çatdıqdan sonra promosyonun rəhbəri Deyn Uayt Denisin UFC turnirlərində iştirakına ömürlük qadağa qoyulacağını açıqlayıb.
Aut.az
