Qaydasız döyüş

UFC-də sensasion nokaut

Avqustun 19-dan 20-nə keçən gecə ABŞ-ın Boston şəhərində qarışıq döyüş növləri üzrə UFC 292 turniri baş tutub.

Aut.az xəbər verir ki, əsas yarışda Aljameyn Sterlinq (ABŞ, 23-3) və Şon O’Malli (ABŞ, 16-1, 1 NC) qarşılaşıb.

Şon O’Malli ikinci raundda rəqibini sensasiyalı şəkildə nokaut edib  və ağır çəki dərəcəsində dünya çempionu olub.

Digər döyüşdə çinli Can Veyli braziliyalı Amanda Lemos üzərində üstünlüyünü inamlı şəkildə sübut edib və çempion titulunu qoruyub.

Aut.az