Dünya futbolu

Vurduğu qolla tarixə düşən qapıçı vəfat etdi

Norveç milli komandası sabiq qapıçısı Kyell Kaspersen 86 yaşında vəfat edib.

Aut.az xəbər verir ki, onun ölümü rəsmi əhali qeydiyyatına 15 noyabr tarixində daxil edilib. Bu barədə VG məlumat verib.

Kaspersen karyerasının böyük hissəsini “Skeyd” klubunda keçirib, 1966-cı ildə Norveç çempionu olub. 1964-cü ildə isə Norveçdə ilin ən yaxşı futbolçusu seçilib.

Kaspersen Norveç milli komandası üçün karyerası boyunca 34 oyun keçirib. 1965-ci ildə Tailandla yoldaşlıq matçında penalti zərbəsindən qol vurub. Bu onu Norveç milli komandasının tarixində yeganə qapıçı edir ki, milli komanda üçün qol vurub.

1969–1973-cü illərdə Kaspersen İsveçli müğənni Barbro Margrète Svenssonla evli olub. Onların qızı Kristin Kaspersen İsveçdə tanınmış televiziya aparıcısıdır.

Aut.az