Dünya futbolu

Müdafiəçidir, yoxsa hücumçu? – Ramos yenə qol vurdu – VİDEO

İspaniyalı müdafiəçi Serxio Ramos Meksikanın “Monterrey” klubunun heyətində ardıcıl üçüncü matçında qol vurub.

Aut.az xəbər verir ki, ötən gecə 38 yaşlı futbolçu KONKAKAF Çempionlar Kubokunun “Vankuver”lə 1/8 final matçında penalti zərbəsini dəqiq yerinə yetirib.

Oyun 2:2 hesablı heç-heçə ilə başa çatıb. İlk görüşdə 1:1 hesabı qeydə alınıb. “Monterrey” səfər qolları qaydasına görə turnirdən kənarlaşdırılıb.

Qeyd edək ki, Ramos daha əvvəl Meksika çempionatı çərçivəsində “Santos Laquna” (4:2) və “Krus Azul”la (1:1) görüşlərdə qol vurub.