Braziliya millisinin üzvü Avropa nəhənglərinin hədəfində
“Arsenal”ın hücumçusu Qabriel Jezus karyerasını başqa klubda davam etdirə bilər.
Aut.az xəbər verir ki, bu barədə “Caught Offside” nəşri məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, 28 yaşlı braziliyalı ilə “Nyukasl” və “Tottenhem” maraqlanır. Həmçinin futbolçu “Barselona”, “Milan” və “İnter” kimi Avropa nəhənglərinin də diqqət mərkəzindədir.
2024/25 mövsümündə Jezus 27 matçda iştirak edib, 7 qol vurub və 2 məhsuldar ötürmə verib. “Transfermarkt” Braziliya millisinin üzvünün bazar dəyərini 32 milyon avro olaraq qiymətləndirir.
Aut.az
