Dünya futbolu

“Fənərbağça” legionerini Portuqaliyaya göndərdi

“Fənərbağça” futbolçusu Armindo Brumanı icarəyə verib.

Aut.az xəbər verir ki, 28 yaşlı vinger mövsümün sonuna qədər “Braqa”da forma geyinəcək. Bu barədə Portuqaliya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Bruma bu mövsüm “Fənərbağça” ilə 5 oyunda 1 qol vurub.