Dünya futbolu

“Zirə”nin rəqibi məğlub oldu

Konfransı Liqasının təsnifat mərhələsinin ikinci turunda “Zirə”nin rəqibi olan Estoniyanın “Paide” klubu ölkə çempionatın 20-ci turunun oyununa çıxıb.

Aut.az xəbər verir ki, “Paide” səfərdə “Haryu” ilə qarşılaşıb və rəqibinə 2:5 uduzub.

“Zirə”nin rəqibi hazırda 32 xalla 4-cü yerdədir.

“Zirə” və “Paide” arasında ilk oyun iyulun 23-də Estoniyanın Paarnu şəhərindəki “Paarnu Rannastaadion” stadionunda keçiriləcək və görüşə Bakı vaxtı ilə saat 20:00-da start veriləcək.