“Kəpəz” “Şamaxı”ya qarşı
Yeni mövsümə hazırlıqlarını davam etdirən “Kəpəz” bu gün növbəti yoxlama oyununa çıxacaq.
Aut.az xəbər verir ki, Gəncə təmsilçisi “Şamaxı” ilə qarşılaşacaq. Qəbələ şəhər stadionunda baş tutacaq görüşə saat 17:30-da start veriləcək.
“Kəpəz” yay hazırlığının ilk yoxlama matçında “Qəbələ”yə uduzub – 1:2.
