Dünya futbolu

Argentinanın məğlubiyyəti Buenos-Ayresi qarışdırdı – Saxlanılanlar var

 Dünya Kubokunun finalında Argentinanın məğlubiyyətindən sonra Buenos-Ayresin mərkəzindəki Obelisk yaxınlığında baş verən iğtişaşlar zamanı ən azı 15 nəfər saxlanılıb.

Aut.az xəbər verir ki, TN-nin verdiyi məlumata görə, hücumlar nəticəsində üç şəhər polisi yaralanıb. Telefonların və şəxsi əşyaların oğurlanması da qeydə alınıb. Rəsmi mənbələr bu hadisələrlə bağlı ən azı 15 nəfərin həbs olunduğunu təsdiqləyiblər.

TN-nin məlumatına görə, matçdan sonra minlərlə azarkeş milli komandaya dəstəklərini bildirmək üçün Obeliskdə toplaşıb. Əvvəlcə aksiya dinc keçsə də, sonradan bir qrup insan polis əməkdaşlarına daş və butulka atmağa başlayıb. Bir neçə nəfər də Obelisk ətrafındakı hasara dırmaşıb və sonradan polis tərəfindən saxlanılıb.

“Clarín” qəzetinin məlumatına görə, toqquşmalarda yeddi polis əməkdaşı yaralanıb. Qəzet hüquq-mühafizə orqanlarının əməkdaşlarının zorakı etirazçıları dağıtmaq üçün gözyaşartıcı qaz və su şırnaqlarından istifadə etdiyini qeyd edir.

Argentina 2026-cı il Dünya Kubokunun finalında İspaniyaya əlavə vaxtda 0-1 hesabı ilə uduzub.

Aut.az