Bekhem xanım aparıcının əlindən tutdu, həmin yeri öpdü, ara qarışdı – FOTO
Britaniyadan qəribə qalmaqal baş verib.
Aut.az xəbər verir ki, “talkSPORT”un aparıcısı Çeban Airn Devid Bekhemlə bağlı məzəli hadisəni xatırladı, lakin sosial mediada nifrətlə qarşılaşıb.
“Bekhem haqqında öz hekayəm var. Bir neçə il əvvəl mən ondan “talkSPORT DriveTime” şousu üçün müsahibə almışdım… Əlini qolumun üstünə qoydu və sualı təkrar etməyimi istədi. Qatarda evə gedərkən qolumun həmin hissəsini bir neçə dəfə qoxuladım”, – 34 yaşlı jurnalist foto paylaşaraq yazıb.
Bundan sonra qadın sosial mediada obyektivləşdirmədə (insanları bir növ istifadə üçün əmtəə və ya obyekt kimi qəbul etmək) günahlandırılaraq üzr istəməyə məcbur edilib və nəticədə o bunu edib:
“Dərindən üzr istəyirəm. Bu, sadəcə, zarafat idi. Mən heç kimi təhqir etmək və ya kişiləri obyektivləşdirmək niyyətində deyildim”.
Aut.az


