Messi ilə Ronaldo oyundan kənar qalıb: Ronaldinyo nəyi nəzərdə tutur?
“Barselona”nın və Braziliya millisinin sabiq futbolçusu Ronaldinyo “Qızıl top” uğrunda mübarizədən danışıb.
Aut.az xəbər verir ki, 45 yaşlı əfsanə əvvəlcə özünün 2005-ci ildə bu mükafatı qazanmasını xatırlayıb:
“Zaman uçur, amma biz həmişə gözəl anları xatırlayırıq. Bu titul heç vaxt unudulmur. Dünya çempionu olmaq hər bir oğlanın arzusudur, xüsusən də braziliyalısınızsa. “Ballon d’Or” sizi başqa qalaktikaya aparan şəxsi mükafatdır. Mən böyüdüyüm müddətdə bütün kumirlərimin bu mükafatı qazandığını gördüm. Əslində istədiyim titulları qazanmaqla bütün arzularımı reallaşdırdım”.
Ronaldinyo hazırda mükafat uğrunda gedən mübarizəni də şərh edib:
“Çox bəyəndiyim futbolçular var. Bəziləri mənə oxşayır. Ancaq aydın favoritlər var. Lionel Messi və Kriştiano Ronaldo müəyyən mənada oyundan kənarda qaldıqdan sonra mübarizə daha açıq gedir”.
Aut.az
